Aleksandre Xvtisiaşvili Tayland Krallığının kral Pracadhipok İnstitutunun nümayəndə heyəti ilə görüşüb
Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Gürcüstanın Xarici İşlər Nazirliyində Tayland Krallığının Baş nazirinin beynəlxalq ticarət üzrə xüsusi müşaviri və kral Pracadhipok İnstitutunun baş katibi İsara Serevatanavutun rəhbərlik etdiyi Tayland Krallığının nümayəndə heyəti ilə görüşüb.
İyirmi nəfərlik nümayəndə heyətinə Tayland Krallığının Parlamentinin senatorları, hökumət agentlikləri və müxtəlif profilli şirkətlərin rəhbərləri daxildir. Həmçinin, görüşdə Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Qiorqi Pertaia iştirak edib.
Görüşdə Gürcüstan və Tayland arasında müxtəlif sahələrdə mövcud münasibətləri və əməkdaşlığı müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin edilməsinin əhəmiyyəti vurğulanıb və xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsinə və turizmin inkişafına, biznes və investisiya imkanları haqda məlumatlılığın artırılmasına, hər iki tərəfin Tayland və Gürcüstanda planlaşdırılan yüksək səviyyəli tədbirlərdə iştirakına şərait yaradacaq konkret tədbirlər razılaşdırılıb. Müxtəlif sahələrə sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.