Aleksandre Xvtisiaşvili Çinin səfiri Cou Tsien ilə görüşüb

19:01, 05.06.2026

 

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cou Tsien ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər Gürcüstan və Çin arasındakı münasibətlərin müsbət dinamikasını və müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əlavə imkanlarını müzakirə ediblər.

Bununla yanaşı, yüksək səviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətinə diqqət yönəldiblər.

Qurumun məlumatına əsasən, görüşdə regionda və dünyada gedən proseslər və çağırışlara toxunulub.

Oxşar