Aleksandre Xocevanişvili - son iki gündür, sağalan pasiyentlərin sayı virusa yeni yoluxanların sayından artıqdır
Bu günki durumla, son 24 saat ərzində virusa yoluxmanın 3 157 təsdiq olunmuş halı aşkar edilib, – bu barədə idarələarası koordinasiya şurası yanında operativ qəragahın rəhbəri, Aleksandre Xocevanişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.
Xocevanişvili koronavirus ilə bağlı, ən yeni statistika göstəriciləri və 24 saat ərzində hökumət tərəfindən görülən tədbirlər barəsində söhbət etdi.
“Bu günki durumla, son 24 saat ərzində virusa yoluxmanın 3 157 təsdiq olunmuş halı aşkar edilib. Gürcüstanda ümumilikdə bu günə qədər virusa yoluxmanın 82 835 təsiq olunmuş halı qeydə alınıb.
Son iki gündür, sağalan pasiyentlərin sayı virusa yeni yoluxanların sayından artıqdır. Son bir gün ərzində 3 230 pasiyent sağaldı, ümumi sağalanların sayı isə, 65 291-i təşkil edir.
Təəsüflər olsun ki, son 24 saat ərzində koronavirusdan 30 insan vəfat etdi. O cümlədən Tbilisidə 15, Acarada 5, İmeretidə 7, Şida Kartlidə 2, Kvemo Kartllidə 2 pasiyent vəfat etdi. 2020-ci ilin 26 fevralından bu günə qədər virusdan vəfat etmənin 733 halı qeydə alınıb”, – Xocevanişvili bəyan etdi.