Aleksandre Xocevanişvili - əlavə nöqtəli məhudiyyətlər epidemioloji durumdan və qaydaları necə yerinə yetirməyimizdən asıldır
Aleksandre Xocevanişvili - əlavə nöqtəli məhudiyyətlər epidemioloji durumdan və qaydaları necə yerinə yetirməyimizdən asıldır

Görürük ki, ötən həftədən fərqli olaraq, yoluxanların sayı sürətlə artır – əgər ötən həftənin əvvəlində 1 900 idisə, bu gün artıq 3 minə qədərdir. Müvafiq olaraq 7 noyabrda, idarələrarası koordinasiya şurası requlasiyaların sərtləşdirilməsi və sonrakı nöqtəli məhdudiyyətlərin tədbiq olunması barəsində qərar qəbul etdi. Bu gündən, 9 noyabrdan nöqtəli məhdudiyyətlər qüvvəyə mindi, Gürcüstanın yeddi böyük şəhərində – Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək. Məhdudiyyət necə piyada, eləcə də nəqliyyat və şəxsi avtomobillə hərəkət edənlərə aiddir, – bu barədə idarələarası koordinasiya şurası yanında operativ qəragahın rəhbəri, Aleksandre Xocevanişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Elə o, məhdudiyyətlərin aid olmadığı istiqamətlər barəsində söhbət etdi.

“Buzməhdudiyyət beynəlxalq yükdaşımalara, operativ qərargahla razılaşdırılaraq xidmət səlahiyyətini mütləq yerinə yetirməli olan şəxslərə, o cümlədən tibb və farmasevtik təyinatlı, strateji əhəmiyyətli obyektlərə və mediya nümayəndələrinə və çatdırma servisinə aid olmayacaq”, – Xocevanişvili bəyan etdi.

İdarələarası koordinasiya şurasına yanında operativ qəragahın rəhbəri qeyd etdi ki, bu gündən Gürcüstanın yuxarıda qeyd olunan yeddi böyük şəhərində özəl və dövlət uşaq bağçalarının fəaliyyəti dayandırılır. Elə onun dediyinə görə, vətəndaşlar tədbiq olunan məhdudiyyətlərlə bağlı tam məlumatı hökumətin vahid qaynar xətti 144 vasitəsilə ala bilərlər.

“Yuxarıda qeyd olunan şəhərlərdə özəl və dövlət uşaq bağçalarının fəaliyyəti dayandırılır. Həmçinin, bu şəhərlərdə munisipal nəqliyyatda insanların sayının məhdudlaşdırlması barəsində xüsusi tədbirlər görüləcək. Gündüz nəqliyyatla hərəkət məhdudlaşdırlmayacaq. Vətəndaşlar tədbiq olunan məhdudiyyətlərlə bağlı tam məlumatı hökumətin vahid qaynar xətti 144 vasitəsilə ala bilərlər. Həmçinin təxirəsalınmaz vaciblikdən irəli gələrək, vətəndaşlarımız saat 22:00-dan sonra hərəkət üçün birdəfəlik buraxılış vəsiqəsini 144 nömrəsinə zəng edərək ala bilərlər. Qeyd olunan nömrəyə zəng bu gün saat 18:00-dan sonra mümkündür. Əlavə nöqtəli məhudiyyətlər epidemioloji durumdan və qaydaları necə yerinə yetirməyimizdən asıldır – maskaları gəzdirməyimizdən, məsafəni müdafiə etməyimizdən, o cümlədən siyasi proseslər zamanı!”, – Aleksandre Xocevanişvili qeyd etdi.