Aleksandre Vuçiç - Hörmüz boğazı açılmasa, neft qiymətləri hər kəsi məhv edəcək
Hörmüz boğazı açılmasa, neft qiymətləri hər kəsi məhv edəcək – bu haqda Serbiya Prezidenti Aleksandre Vuçiç bildirib.
Serbiya Prezidentinin sözlərinə əsasən, neft qiymətlərinin nəzarətsiz artımına yol verilə bilməz.
Serbiya Prezidenti hazırkı gərginliyin neft və qaz qiymətlərinə ciddi təsir göstərə biləcəyini bildirib.
“Mənim yanaşmam odur ki, növbəti ay ərzində subsidiya mexanizmlərini müəyyən edəcəyik, çünki qiymətlərin nəzarətsiz artmasına yol verə bilmərik. Qaz qiymətləri artıb, artıq qaz yoxdur, Qətər kranı bağlayıb. Biz çox çətin mərhələyə qədəm qoyuruq. Bu davam edərsə, Avropada hər kəs üçün cəhənnəm olacaq. Hörmüz boğazı açılmasa, neft qiymətləri hamımızı məhv edəcək” – Serbiya Prezidenti bildirib.