Aleksandre Tsuladze "Times Higher Education"ın tədqiqatlar istiqaməti üzrə direktoru ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib
Aleksandre Tsuladze "Times Higher Education"ın tədqiqatlar istiqaməti üzrə direktoru ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

 

Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze Londona səfəri çərçivəsində “Times Higher Education”ın tədqiqatlar istiqaməti üzrə direktoru İşan Kader ilə işgüzar görüş keçirib. Bu barədə məlumatı Təhsil Nazirliyi yayır.

Nazirliyin məlumatına əsasən, görüş çərçivəsində tərəflər Transmilli Təhsil Bələdçisinin praktikada həyata keçirilməsi ilə bağlı konkret istiqamətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Aleksandre Tsuladzenin qeyd etdiyi kimi, “Times Higher Education”ın tədqiqatının nəticələrinə əsasən və ölkənin prioritetləri nəzərə alınmaqla hazırlanmış Gürcü-Britaniya Transmilli Təhsil Bələdçisi Gürcüstan və Böyük Britaniya universitetləri arasında akademik tərəfdaşlığın gücləndirilməsinin konkret fəaliyyətlərini əks etdirir, bu isə təhsil sahəsində Gürcü-Britaniya əlaqələrinin əlaqələrinin möhkəmlənməsinə daha da kömək edəcək.

Nazir bildirib ki, nazirliyin məqsədi, gürcü və beynəlxalq tələbələrin Gürcüstanda yerində yüksək keyfiyyətli britaniya təhsili və ixtisası almaq imkanı əldə etməsidir. Məhz bu səbəbdən nazirlik Transmilli Təhsil Bələdçisinin effektiv şəkildə həyata keçirilməsi üçün bütün şəraiti yaradır.

Öz növbəsində, “Times Higher Education”ın tədqiqatlar istiqaməti üzrə direktoru transmilli təhsilin inkişafını təşviq etmək istiqamətində Gürcüstanın atdığı addımları müsbət qiymətləndirdi və gürcü tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirdi. Gürcüstanın təhsil, elm və gənclik nazirinin müavini Baia Kvitsiani və Britaniya Şurasının Gürcüstandakı ofisinin direktoru Zaza Purtseladze işgüzar görüşdə iştirak edirdilər.

Məlumat üçün bildirək ki, “Times Higher Education” Təhsil, Elm və Gənclik Nazirliyi və Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində transmilli təhsilin dərinləşdirilmiş tədqiqatını aparıb və bu tədqiqat əsasında da Transmilli Təhsil Bələdçisi hazırlanıb. Aleksandre Tsuladze Londona səfəri çərçivəsində maraqlı tərəflərlə Transmilli Təhsil Bələdçisinin təqdimatını keçirəcək” – Təhsil Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.