Aleksandre Tsuladze təhsil, elm və gənclik naziri vəzifəsini tərk edib
Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze vəzifəsini tərk edib.
Təhsil Nazirliyi Tsuladzenin bəyanatını sosial şəbəkədə yayır.
“Bu gün şəxsi qərarım əsasında Gürcüstanın təhsil, elm və gənclik naziri vəzifəsini tərk edirəm.
Nazirlik dövründə nazirliyin əməkdaşları ilə birlikdə təhsilin bütün pillələrinin keyfiyyətin artırılması istiqamətində bir çox mühüm təşəbbüsü həyata keçirdik, o cümlədən bir sıra innovativ layihələrin üzərində işə başladıq və inanıram ki, yeni nazir bu layihələrin sona çatdırılmasını təmin edəcək.
Təhsil sisteminin inkişafına və ölkənin daha yaxşı gələcəyinin qurulmasına sədaqətlə xidmət edən Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin hər bir əməkdaşına təşəkkürümü bildirmək istəyirəm.
Gürcüstanın Baş nazirinə, həmkarlarıma və ölkəmiz üçün xeyirli iş görmək imkanı əldə etdiyim hökumət komandasına təşəkkür edirəm” – Aleksandre Tsuladzenin bəyanatında qeyd olunub.