Aleksandre Tsuladze - Məktəblər və universitetlər tədrisin davamlılığının təmin edilməsi üçün maliyyə alırlar, tədris prosesinin ləngiməsi cəmiyyət qarşısında götürülmüş öhdəliklərin pozulmasıdır
Məktəblər və universitetlər tədrisin davamlılığının təmin edilməsi üçün maliyyə alırlar, tədris prosesinin məqsədyönlü şəkildə ləngidilməsi cəmiyyət qarşısında götürülmüş öhdəliklərin pozulmasıdır – bu haqda Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.
O bildirib ki, təhsil müəssisələrinin siyasiləşdirilməsi tamamilə qəbuledilməzdir və biz siyasətin təhsil müəssisələrinə daxil olmamasını təmin etməliyik.
“Tədris prosesi hər yerdə ləngimə olmadan getməlidir. Avtorizasiya prinsipləri də məhz bunu nəzərdə tutur. Müvafiq olaraq, bütün məktəblər və ya universitetlər normal rejimə qayıtmalıdır. Məktəblər və universitetlər tədrisin davamlılığının təmin edilməsi üçün maliyyə alırlar. Şəxsən mən hesab edirəm ki, tədris prosesinin məqsədyönlü şəkildə ləngidilməsi cəmiyyət qarşısında götürülmüş öhdəliklərin pozulmasıdır. Bu, bizim tərəfimizdən bəyənilməyəcək, əksinə, onlar dərhal tədris prosesini bərpa etməli və öhdəliklərini yerinə yetirməyə davam etməlidirlər” – Aleksandre Tsuladze bildirib.