Aleksandre Tsuladze – Bütün Gürcüstanı Pasxa bayramı münasibətilə təbrik edirəm, bu gün inamın şər üzərində qələbəsinin rəmzidir və inanıram ki, o bizə daha çox rifah gətirəcək

12:13, 20.04.2025

 

Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze ictiamiyyəti əzəmətli Pasxa bayramı münasibətilə təbrik edir.

“Mən müəllimlərimizi, şagirdləri, valideynləri, məktəb əməkdaşlarını, tələbələri, professor-müəllimləri, alimləri və bütün Gürcüstanı əzəmətli Pasxa bayramı münasibətilə təbrik edirəm.

Xristian aləmi üçün bu gün inamın şər üzərində qələbəsinin rəmzidir və inanıram ki, o bizə daha çox yaxşılıq və rifah gətirəcək.

Hər kəsə gümrahlıq və mənəvi möhkəmlik arzulayıram, ölkəmizə isə – birlik və sülh!” – nazirin təbrikində deyilir.

Oxşar