Aleksandre Tsuladze - 2025-ci ildə bütün imtahan mövzuları təhsil proqramının məcburi hissəsindən olacaq, çünki fakultativ hissədən mövzuların salınması daim narazılığa səbəb olurdu
Aleksandre Tsuladze - 2025-ci ildə bütün imtahan mövzuları təhsil proqramının məcburi hissəsindən olacaq, çünki fakultativ hissədən mövzuların salınması daim narazılığa səbəb olurdu

 
Gürcüstanın təhsil naziri Aleksandre Tsuladzenin izahatına əsasən, haqqında söz-söhbətin getdiyi ədəbiyyat tədris proqramından çıxarılmayıb və dəyişdirilməyib və onlar yenə də tədris proqramında qalır.

Tsuladze bildirib ki, 2025-ci ilin vahid milli imtahanlarında mövzuların tədris proqramının məcburi hissəsindən salınması haqda qərar qəbul edilib.

“Ədəbiyyatda da və istənilən başqa sahədə də tədris proqramının məcburi və fakultativ hissəsi var. 2025-ci ilin imtahan proqramına yalnız məcburi olan əsərlər salınıb. Məsələ belə idi: biz imtahanlara nələri daxil etməliydik – həm məcburi, həm də fakultətiv hissələrdən mövzular, yoxsa yalnız məcburi hissədən? Əvvəlki illərdə şagirdlərin məcburi hissədəki kimi üzərində işləmədikləri üçün fakultətiv hissədən müəyyən sualların imtahanlara salınması daim narazılıq doğurduğundan, qərar qəbul edildi ki, 2025-ci ildə imtahana salınacaq bütün mövzular yalnız məcburi hissədən olacaq. Şagirdlərimizdə milli-vətənpərvərlik dəyərlərinin oyanmasına kömək edən ədəbiyyat və əsərlərin məcburi tədris hissəsinə keçirilməsi təşəbbüsü ilə çıxış etmək istəyirik” – Aleksandre Tsuladze bildirib.

Bundan əvvəl Təhsil Nazirliyi sözügedən məsələ ilə bağlı bəyanat yaydı. Bəyanata əsasən, vahid milli imtahanların yeni proqramı məcburi ədəbiyyata əsaslanıb. Bununla yanaşı, nazirlik bəyan edir ki, məcburi ədəbiyyat siyahısına yenidən baxılması və yenilənməsi prosesi gedir və nazirliyin arzusu bu məsələ üzərində işləyən qrupa şagirdlərdə milli-vətənpərvərlik dəyərlərinin formalaşmasına kömək edəcək bütün əsərləri təklif etməkdir. Onların arasında məlum olduğu kimi, 2025-ci ilin milli imtahanlarından çıxarılan əsərlər də var.