Aleksandre Rakviaşvili - Mdinaradzenin dedikləri ya yalandır, ya da belə çıxır ki, onlar da agentdirlər, ancaq bütün bu agentlik oyununda bir şəkildə fərqli rol oynayırlar
Mdinaradzenin dediklərini hərfi mənada başa düşsək, ictimai maraq o qədər böyükdür ki, deyilməlidir, onlar kimin agentləridir, xarici qüvvələrdən danışırlar, bu qanunla qadağandır, bu insanların cinayətkar olması ortaya çıxır və “Gürcü Arzusu” xaricdən idarə olunan bu kütləvi və mütəşəkkil cinayətkarlıqla barışır? – bu haqda “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradzenin bugünkü brifinqi ilə bağlı deyib.
Rakviaşvili bunun çox gülməli göründüyünü bildirib.
“Bu, ya başdan-ayağa yalandır, ya da belə çıxır ki, “Gürcü Arzusu” bu agenturanın varlığına kömək edir və insanlara pis insan olmaları haqda xəbərdarlıq edir. Bu belə işləmir. Kiminsə agent olduğunu və xarici qüvvələr tərəfindən idarə olunduğunu deyirsənsə, bilirsənsə, hardan bilirsən? heç olmasa bir dəlil ortaya qoy. İkincisi – tam səlahiyyətə malik ikən və Dövlət Təhlükəsizliyi Xidmətindən başlamış parlamentə qədər hər şeyi edə biləcəyin halda bunun ölkəndə baş verməsi ilə necə barışırsan ? Ona görə də bütün bunlar ciddi görünmür. Bu təbliğatdır. Heç bir şəkildə bunun həqiqət olduğu görünmür. Onda mən inanmalıyam ki, “Gürcü Arzusu” bu cinayətkar kütləvi əməllərlə barışır. Bu, “Gürcü Arzusu” üçün heç də yaxşı şeydən xəbər vermir. Belə çıxır ki, onlar da agentdirlər, ancaq bütün bu agentlik oyununda bir şəkildə fərqli rol oynayırlar” – Aleksandre Rakviaşvili bildirib.
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib: “Saakaşvili, Qvaramia, Xazaradze və Qaxaria bir əldən idarə olunan agenturadır, xalq onlara verilən hər bir səsin ölkənin varlığı üçün böyük təhlükə olduğunu bilməlidir”.