Aleksandre Maisuradze ədliyyə nazirinin müavini təyin edilib.
Aleksandre Maisuradze ixtisasca hüquqşünasdır. Dövlət qulluğunda çoxillik iş təcrübəsinə malikdir.
O, ədliyyə nazirinin müavini təyin olunana qədər Gürcüstan Xarici Kəşfiyyat Xidmətinin Təhlükəsizlik Direktoratlığının rəhbəri vəzifəsini tuturdu.
Həmçinin, Merab Turava, Qiorqi Dqebuadze və Beka Dzamaşvili ədliyyə nazirinin müavinləri vəzifəsini tuturlar, Laşa Mağradze isə nazirin birinci müavini təyin edilib.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.