Aleksandre Kartozia etimadnaməsini iyulun 23-də Almaniya Prezidentinə təqdim edəcək

21:06, 20.07.2026

Gürcüstanın Almaniyadakı səfiri Aleksandre Kartozia etimadnaməsini iyulun 23-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edəcək.
Bu barədə məlumat Almaniya Prezidentinin rəsmi internet səhifəsində dərc olunub.
Məlumata əsasən, etimadnamənin təqdimetmə mərasimi yerli vaxtla saat 10:30-da keçiriləcək.
Aleksandre Kartozia 2025-ci ilin sentyabrında Gürcüstanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Oxşar