Aleksandre Daraxvelidze bildirib ki, Daxili İşlər Nazirliyi narkotik cinayətkarlığa qarşı kompromissiz mübarizəni davam etdirir və narkotik cinayətinə cəlb olunmuş hər kəs qanun qarşısında ən sərt şəkildə cavab verəcək
Gürcüstanın Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, Daxili İşlər Nazirliyi narkotik cinayətkarlığa qarşı kompromissiz mübarizəni davam etdirir.
Daraxvelidzenin sözlərinə görə, nazirlik gələcəkdə də effektiv mübarizəni davam etdirəcək və narkotik cinayətində iştirak edən hər kəs qanun qarşısında cavab verəcək.
“Cəmiyyət hər gün narkotiklərin yayılması ilə bağlı bir çox faktı görür. Biz narkotik cinayətində müxtəlif formada iştirak edən bir çox şəxsi məsuliyyətə cəlb etmişik, o cümlədən narkotiklərin yayılmasında iştirak edənləri. Nazirlik gələcəkdə də effektiv mübarizəni davam etdirəcək və hər kəs, kim narkotik cinayətinə cəlb olunmağı qərara alarsa, qanun qarşısında ən sərt şəkildə cavab verəcək”, – deyə Aleksandre Daraxvelidze bildirib.