Aleksandre Daraxvelidze Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya Regional Ofisinin rəhbəri ilə görüşüb
Aleksandre Daraxvelidze Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya Regional Ofisinin rəhbəri ilə görüşüb

Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Avropa və Mərkəzi Asiya Regional Ofisinin rəhbəri Artur Erken ilə tanışlıq görüşü keçirib.

Tərəflər mövcud əməkdaşlıq çərçivəsində dəstəklənən layihələri müzakirə edib və gələcək əməkdaşlığın prioritet istiqamətlərindən danışıb.

Xüsusi diqqət miqrasiya sahəsindəki son qanunvericilik dəyişikliklərinə yönəldilib.

Qanunvericilik dəyişiklikləri kontekstində Aleksandre Daraxvelidze Nazirlik tərəfindən həyata keçirilən, qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə yönəlmiş effektiv tədbirlərə diqqət çəkib. Görüşdə həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstan missiyasının rəhbəri Lars Johan Lonbaki iştirak edib.

Görüşün sonunda nazir müavini Artur Erken və Beynəlxalq Miqrasiya Təşkilatının rəhbərinə illər ərzində Daxili İşlər Nazirliyinin imkanlarının inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.