Aleksandre Baramidze Ədliyyə nazirinin birinci müavini vəzifəsini tərk etdi
Aleksandre Baramidze Ədliyyə nazirinin birinci müavini vəzifəsini tərk etdi

Aleksandre Baramidze Ədliyyə nazirinin birinci müavini vəzifəsini tərk etdi.

Ədliyyə Nazirliyindən Birinci Kanala bəyan etdiklərinə görə, ədliyyə sistemindən getməsi barəsində qərarı Baramidzenin özü qəbul etdi.

İdarədə bəyan edirlər ki, onun və Tea Sulukianinin ikitərəfli razılaşması və qərarı nəticəsində, o, Ədliyyə nazirinin birinci müavini vəzifəsinə namizədliyini təqdim etmədi.

Aleksandre Baramidze Ədliyyə nazirinin müavini olaraq 2012-ci ildə təyin olundu, 2013-ci ildən isə, nazirin birinci müavini idi.