Aleksandra Papadopulu - Ukrayna, Moldovanın və ümid edirəm, gələcəkdə Gürcüstanın Avropa yolunu qətiyyətlə izləməsi və Avropa İttifaqına qoşulması olduqca mühümdür
Aleksandra Papadopulu - Ukrayna, Moldovanın və ümid edirəm, gələcəkdə Gürcüstanın Avropa yolunu qətiyyətlə izləməsi və Avropa İttifaqına qoşulması olduqca mühümdür

 

Təkcə islahatlardan söz getmir. Əlbəttə, islahatlar olduqca mühümdür, namizəd ölkələr bu yolu izləməlidirlər, işlər görməlidirlər, lakin həmçinin stereotiplərdən söz gedir. Avropa İttifaqının üzvləri kimi vəzifəmiz müəyyən insanlara qarşı stereotiplərlə mübarizə aparmaqdır – bu haqda Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulu Avropa İttifaqının Genişlənmə Forumunda panel müzakirəsində deyib.

O, Yunanıstanın iqtisadi böhran dövründə bundan keçdiyini bildirib.

Aleksandra Papadopulunun izahatına əsasən, Yunanıstanın həmin vaxt artıq Avropa İttifaqının üzvü olmasına baxmayaraq, stereotiplərlə mübarizə yenə də çətin idi.

“Biz Avropa İttifaqının üzvü idik və bu, çox çətin idi. Yunanıstanın iqtisadi böhranının bəlkə də ən çətin hissəsi stereotiplərlə mübarizə idi. Albaniyanın nümayəndəsini əmin etmək istərdim ki, ölkəm Albaniyanın və bütün Qərbi Balkanların Avropa yolunu tam dəstəkləyir. Vurğulamaq istərdim ki, qitənin ortasında “qara dəlik” olarsa, Avropada sülh, təhlükəsizlik və sabitlik olmayacaq. Ukrayna, Moldovanın və ümid edirəm, gələcəkdə Gürcüstanın Avropa yolunu qətiyyətlə izləməsi və Avropa İttifaqına qoşulması olduqca mühümdür. Həmçinin, 20 ildən artıq müddət ərzində qapıda gözləyən Qərbi Balkan ölkələrinə ədalətli şans verilməsində çox qətiyyətli olmalıyıq” – Aleksandra Papadopulu bildirib.