Aleksandr Vuçiç Rusiyanın genişmiqyaslı müharibəsinin başlamasından bəri ilk dəfə Ukraynaya səfər edəcək

14:16, 11.06.2025

 

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiyanın genişmiqyaslı müharibəsinin başlamasından bəri ilk dəfə Ukraynaya səfər edəcək. Bu barədə Serbiya Prezidentinin Ofisinin bəyanatında deyilir.

Administrasiyanın məlumatına əsasən, Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etmək üçün iyunun 11-də bir günlük səfərlə Ukraynaya gedəcək.

Xatırladaq ki, Serbiya Prezidenti Moskvada mayın 9-da Qələbə Gününə həsr olunmuş bayram tədbirlərində iştirak edib.

Oxşar