Aleksandr Vuçiç bildirir ki, Serbiya mərmilərinin Ukraynaya tədarük edilməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən yayılan ittiham həqiqətə uyğun deyil
Serbiya Prezidenti Aleksandr Vuçiç bildirir ki, Serbiya mərmilərinin Ukraynaya tədarük edilməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən yayılan ittiham həqiqətə uyğun deyil.
Vuçiç Kiyevə döyüş sursatının tədarük edilməsi ilə bağlı ittihamı Putinlə müzakirə etdiyini bildirib.
“Rus tərəfdaşlarımızla birlikdə faktların müəyyən edilməsi üçün işçi qrupu yaratdıq. Bəzi ittihamlar həqiqətə uyğun deyil. Məsələn, onlar düzgün qeyd edirlər ki, Çexiya ilə müqavilə mövcuddur. Lakin icazə verilməyib və heç bir raket tədarük olunmayıb” – Serbiya Prezidenti bildirib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, Belqradın elan etdiyi neytrallığa baxmayaraq, Serbiyanın müdafiə sənayesi müəssisələri Kiyevə döyüş sursatı tədarükünü davam etdirirdi.