Aleksandr Stubb bildirir ki, Pekin Moskvanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsinə icazə verməyəcək
Finland's President Alexander Stubb talks to the media during a joint statement to the press with German Chancellor Olaf Scholz at the Chancellery in Berlin, Germany, Tuesday, Oct. 22, 2024. (AP Photo/Ebrahim Noroozi)
Finlandiya Prezidenti Aleksandr Stubb bildirir ki, Pekin Moskvanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsinə icazə verməyəcək.
Finlandiya Prezidenti “Politico”ya müsahibəsində Çin rəsmilərinin ona Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcəklərinə şəxsən zəmanət verdiyini bildirib.
“Bu yay Çinin xarici işlər naziri məni ziyarət etdi və mən bu məsələni qaldırdım. O cavab verdi: Biz buna heç vaxt icazə verməyəcəyik. İnanıram ki, bu, kifayət qədər təsirli çəkindirici amildir” – Stubb bildirib.
Finlandiya Prezidenti həmçinin qeyd edib ki, Moskva avropalıların nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum perspektivinə diqqət yetirməsindən istifadə edir.
“Rusiya istəyir ki, biz avropalılar burada oturub müzakirə edək: Rusiya münaqişəni gərginləşdirəcəkmi yoxsa yox? Rusiya nüvə silahından istifadə edəcəkmi yoxsa yox? Rusiya NATO-ya və Avropaya hücum edəcəkmi yoxsa yox? Həddindən artıq dramatikləşdirməyə, bunu dəf etmək üçün ən pisinə hazırlaşmağa ehtiyac yoxdur” – o, deyib.
Stubbun sözlərinə əsasən, Avropa Moskva ilə birbaşa siyasi dialoqu bərpa etməli olduğu nöqtəyə yaxınlaşır.
“Əminəm ki, avropalılar üçün Rusiya ilə daha çox birbaşa əlaqə qurmağın faydalı olacağı günə yaxınlaşırıq, xüsusən də anlaşılmazlıqlardan qaçınmaq lazım olduğu üçün” – Stubb bildirib.
Nəşrin yazdığı kimi, Çinin xarici işlər naziri Vanq Yi iyulun 5-də Helsinkidə Stubbla görüşüb. Müzakirə olunan mövzular arasında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və Avropa təhlükəsizliyi də var idi.