Aleksandr Stub Donald Trampa Qrenlandiya ətrafında mübahisəni həll etmək üçün "qolf diplomatiyasından sauna diplomatiyasına" keçməyi məsləhət görür
Aleksandr Stub Donald Trampa Qrenlandiya ətrafında mübahisəni həll etmək üçün "qolf diplomatiyasından sauna diplomatiyasına" keçməyi məsləhət görür

 

Finlandiya Prezidenti Aleksandr Stubb Donald Trampa Qrenlandiya ətrafında mübahisəni həll etmək üçün “qolf diplomatiyasından sauna diplomatiyasına” keçməyi məsləhət görür. Bu haqda Finlandiyanın lideri “Washington Post”a müsahibəsində danışıb.

Stub ümid etdiyini bildirib ki, Davos Dünya İqtisadi Forumu çərçivəsində Qrenlandiya ətrafında yaranmış mürəkkəb vəziyyətin həlli mümkün olacaq.

“Mən bu məsələlərdə əsl finliyəm. Bəzən yavaşlamaq, saunaya getmək, donmuş suya baş vurmaq daha yaxşıdır və həll yolu tapılacaq. Qolf diplomatiyasından sauna diplomatiyasına. Niyə də yox?” – Aleksandr Stub bildirib.