Aleksandr Stub - Biz Avropanın daha çox məsuliyyətə malik olduğu NATO 3.0 yaradırıq
Aleksandr Stub - Biz Avropanın daha çox məsuliyyətə malik olduğu NATO 3.0 yaradırıq

 

Biz Avropanın daha çox məsuliyyətə malik olduğu NATO 3.0 yaradırıq. Bu haqda Finlandiya Prezidenti Aleksandr Stub Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Finlandiya Prezidentinin sözlərinə əsasən, hazırda daha güclü NATO-nun formalaşdırılması prosesi gedir.

“Bu, NATO 3.0 olacaq. Xatırladaq ki, Soyuq Müharibənin bitməsindən sonra NATO-nun üzvü olan bir çox dövlət müdafiə xərclərini və vasitələrini azaltdı, lakin NATO-da olmayan Finlandiya bunu etmədi. Arktikadan danışırıqsa, məcburi hərbi xidmətimiz var. Alyans daxilində Arktika imkanlarına malik ən böyük hərbi qüvvəmiz var. Arktikada təlim keçmiş bir milyon əsgərimiz var. Belə ki, NATO-nu gücləndiririk. Düşünürəm ki, Avropanın daha çox məsuliyyət götürdüyü yeni NATO yaradırıq” – Stub bildirib.

Qrenlandiyada mövcud gərginlikdən danışan Finlandiya Prezidenti hazırda NATO-nun müttəfiqləri ilə Tramp administrasiyası arasında yaxşı ünsiyyət kanallarının olduğunu və nəticədə həll yolunun tapılacağını bildirib.

“Əgər Vaşinqtonda kimsə alyansın 75-ci ildönümündə müdafiə xərclərini 5%-ə qədər artıracağımızı desəydi, mən deyərdim ki, onlar beynəlxalq münasibətləri heç başa düşmürlər və onlardan həkim yoxlamasından keçmələrini istərdim, lakin biz bunu etdik. İndi düşünürəm ki, Arktikanın təhlükəsizliyi probleminin həlli üzərində işləməyə başlayacağımız prosesə ehtiyacımız var. Bu proses bizi NATO çərçivəsində Arktikanın təhlükəsizliyini möhkəmləndirəcəyimiz Ankarada planlaşdırılan NATO-nun sammitinə aparmalıdır” – Stub bildirib.