Aleksandr Sirski - Ukrayna qoşunları Pokrovskun bir hissəsinə noyabrın ortalarından bəri nəzarət edir, lakin onlara bəzi mövqelərdən çıxmaq əmri veriblər
Aleksandr Sirski - Ukrayna qoşunları Pokrovskun bir hissəsinə noyabrın ortalarından bəri nəzarət edir, lakin onlara bəzi mövqelərdən çıxmaq əmri veriblər

 

Ukrayna qoşunları Pokrovskun bir hissəsinə noyabrın ortalarından bəri nəzarət edir, lakin onlara bəzi mövqelərdən çıxmaq əmri veriblər – bu haqda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski deyir.

Jurnalistlərlə söhbət əsnasında, Sirski bildirib ki, Pokrovsk ətrafında vəziyyət hələ də çətin olaraq qalır, lakin onun müdafiəsi davam edir.

“Pokrovskun müdafiəsi davam edir, qoşunlarımız şəhərin şimalında təxminən 13 kvadrat kilometr əraziyə nəzarət edir. Mirnoqrad mühasirədə deyil. Kupyanskda uğurlu əks-diversiya əməliyyatımız davam edir. Bir daha vurğulayaraq qeyd etmək istəyirəm: Rus yalanlarının həcmi rus qoşunlarının irəliləməsinin real tempini xeyli üstələyir. Düşmən Ukraynaya qarşı hibrid müharibəsində dezinformasiya və saxta xəritələrdən istifadə edir, bu isə xarici auditoriyaya, eləcə də cəmiyyətimizə və ordumuza təsir göstərir” – Aleksandr Sirski bildirib.