Aleksandr Sirski Sumi vilayətinin sərhəd rayonlarında Rusiya qüvvələrinin hücumunun dayandığını bildirir
Aleksandr Sirski Sumi vilayətinin sərhəd rayonlarında Rusiya qüvvələrinin hücumunun dayandığını bildirir

 

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Sumi vilayətinin sərhəd rayonlarında Rusiya qüvvələrinin hücumunun dayandığını və toqquşmaların xəttinin stabilləşdiyini bildirir. Bu barədə Sirski “Telegram” kanalında yazıb.

Baş komandan bildirib ki, müəyyən hissələrdə Ukrayna bölmələri müdafiə taktikasını aktiv şəkildə həyata keçirir və Suminin sərhəd rayonunda Ukrayna torpağını azad edirlər.

Aleksandr Sirski həmçinin qeyd edib ki, Ukrayna qüvvələri Slobojanske və Kursk istiqamətlərində 50 minlik Rusiya ordusunu dayandırıblar.

Baş komandanın izah etdiyi kimi, Kursk vilayətinin Qluşkovski rayonunda Ukraynanın hücum əməliyyatları qarşı tərəfi öz ərazilərinin müdafiəsi üçün qüvvələrinin bir hissəsini göndərməyə məcbur edib, bu da Sumi istiqamətində hücum imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.