Aleksandr Sirski Kursk istiqamətində yerləşən bölmələrlə döyüş əməliyyatlarının təşkili məsələlərini müzakirə edib

13:59, 11.11.2024

 
Ukrayna mediasının məlumatına əsasən, Ukraynanın Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Kursk istiqamətində yerləşən bölmələri ziyarət edib, komandirlərlə birlikdə döyüş əməliyyatlarının təşkili və düşmənin atəşlə məhv edilməsinin effektivliyinin artırılması məsələlərini müzakirə edib.

“Kursk istiqamətində döyüşlərdə iştirak edən birlik və bölmələrdə işlədim. Oraya toplaşan qarşı tərəfin qüvvələrinin sayını nəzərə alsaq, bu əməliyyat rayonunun əhəmiyyətini qeyri-müvafiq şəkildə qiymətləndirmək olmaz” – Sirski bildirib.

O, rusların Ukraynanın Müdafiə Qüvvələrini Kursk bölgəsindən çıxarmağa və Ukraynanın nəzarətində olan ərazidə irəliləməyə çalışdığını deyib.

“Mənim işim döyüş əməliyyatlarının təşkilində komandirlərə kömək etmək, düşmənin atəşlə məhv edilməsinin effektivliyinin artırılması və hərtərəfli təminat və ehtiyatların hazırlanması məsələlərini həll etməyə həsr olunmuşdu” – Sirski qeyd edib.

Baş komandanın izahatına əsasən, ukraynalı döyüşçülərin qətiyyəti olmasaydı, Rusiyanın hücum bölmələri artıq Pokrovski, Kuraxovo və ya Toretsk istiqamətində yerləşən Ukrayna mövqelərinə hücuma başlayardılar və bu da, cəbhədə mövcud vəziyyəti xeyli pisləşdirərdi.

Məlumat üçün bildirək ki, “New York Times” yazır ki, 50 minlik Rusiya və Şimali Koreya qruplaşması Kursk vilayətində genişmiqyaslı əks-hücum keçirməyə hazırlaşır.

Oxşar