Aleksandr Sirski – Doqquz aydır davam edən Kursk əməliyyatı qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olub, Ukrayna Silahlı Qüvvələri tərəfindən yaradılan bufer zonası isə hələ də aktual olaraq qalır
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski bildirib ki, doqquz aydır davam edən Kursk əməliyyatı qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olub, Ukrayna Silahlı Qüvvələri tərəfindən yaradılan bufer zonası isə hələ də aktual olaraq qalır.
“Artıq doqquz aydır davam edən Kursk əməliyyatı qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olub. Kursk bölgəsində aktiv fəaliyyətimiz sayəsində düşmən Sumi və Xarkov vilayətlərində hücum əməliyyatı həyata keçirilə bilmədi. Ukrayna müdafiə qüvvələrinin sərhədyanı rayonlarda yaratdığı bufer zonası bu gün də aktualdır” – Sirski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı sayca üstün olan rəqibi məğlub etməyin yalnız qeyri-standart gedişlərlə mümkün olduğunu deyib.
“Kursk əməliyyatı məhz belə idi. Bu, düşmən üçün gözlənilməz oldu. Ukrayna göstərdi ki, əks-hücuma keçə, zərbə endirə və düşməni, o cümlədən öz ərazisində də geri oturda bilər” – Sirski bildirib.
O, bunun konkret hərbi hissələr və konkret döyüşçülər sayəsində mümkün olduğunu deyib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Kursk əməliyyatı zamanı fərqlənən hərbçiləri mükafatlandırdığını qeyd edib.