Aleksandr Sirski - Cəbhədə mövcud vəziyyət çox ağırdır, Rusiya Pokrovsk və Zaporojie istiqamətlərində aktiv hücumlar hazırlayır
Aleksandr Sirski - Cəbhədə mövcud vəziyyət çox ağırdır, Rusiya Pokrovsk və Zaporojie istiqamətlərində aktiv hücumlar hazırlayır

 

Cəbhədə mövcud vəziyyət çox ağırdır, Rusiya Pokrovsk və Zaporojie istiqamətlərində aktiv hücumlar hazırlayır – bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sirski deyib.

Sirski hazırda ən ağır vəziyyətin Pokrovsk istiqamətində olduğunu bildirib.

“Hazırda düşmən iki əsas istiqamətdə cəmləşir. Bu, ruslar üçün həlledici olaraq qalan Pokrovskdır. İndi isə onlar bölmələri Sumidən Zaporojie istiqamətinə aparırlar. Bu, Rusiyanın aktiv hücum əməliyyatlarına başlamağı planlaşdırdığı ikinci istiqamət olacaq” – Sirski qeyd edib.

Sirski bildirib ki, bu günə olan vəziyyətə görə Zaporojie istiqamətində aşağı intensivli əməliyyatlar davam edir, lakin işğalçılar güclü zərbə vurmağa çalışırlar, bunu da bir il əvvəl planlaşdırıblar.

“Xatırladığınız kimi, Kursk əməliyyatı sadəcə olaraq onların planlarını pozdu” – Sirski qeyd edib.