Aleksandr Lukaşenko – Zelenskinin nümayəndələrinə birbaşa dedim, “Uşaqlar, prezidentinizə çatdırın, əgər bizi müharibəyə sürükləməyə cəhd edə biləcəyini düşünürsə, müharibənin mahiyyəti dərhal dəyişəcək”

19:09, 25.06.2026

 

Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edir ki, indilərdə Ukrayna Prezidentinin nümayəndələri ilə görüşüb.

Lukaşenko Minskdə Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə Volodimir Zelenskinin nümayəndələri ilə son görüşünün təfərrüatları barədə danışıb.

“Zelenskinin nümayəndələri burada idilər. Mən onlara açıqca dedim: “Uşaqlar, bunu prezidentinizə çatdırın: əgər o, bizimlə bu şəkildə danışa biləcəyini və müharibəyə sürükləməyə cəhd edə biləcəyini düşünürsə, dərk etməlidir ki, müharibənin mahiyyəti dərhal dəyişəcək. Bu, tamamilə fərqli müharibə olacaq”. Yeri gəlmişkən, biz cavab aldıq: prezident və onlar bunu başa düşürlər. Ona görə də, uşaqlar, gəlin razılaşaq. Bizim əsaslı razılığa gəlməyimiz lazımdır” – Aleksandr Lukaşenko qeyd edib.

Belarus Prezidenti həmçinin qeyd edib ki, Ukrayna böyük oyunda bazarlıq aləti kimi istifadə olunur.

“Məsələ əslində Ukrayna ilə bağlı deyil. Siz reallıqda işin nədən ibarət olduğunu və son nəticədə kimin kiminlə döyüşdüyünü bilirsiniz. Ona görə də biz bu məsələni nizamlamalı və öz maraqlarımızı irəli aparmalıyıq. Nə Belarusun, nə də Rusiyanın buna [müharibənin davam etdirilməsinə] ehtiyacı var” – Aleksandr Lukaşenko bildirib.

Oxşar