Aleksandr Lukaşenko - Sülh dövrü mövcud ola bilməz, biz müharibəyə hazırlaşırıq
Belarus Prezidenti Aleksandr Lukaşenko müharibə istəmədiyini, lakin münaqişəyə hazırlaşdığını bildirir. Lukaşenko bu haqda ölkənin silahlı qüvvələri ilə görüşdən sonra deyib.
“Sülh dövrü mövcud ola bilməz. Biz müharibəyə hazırlaşırıq. Bu auditoriyadakı insanlar, təkcə burada olanlar deyil, başa düşməlidirlər ki, biz qəti şəkildə müharibəyə qarşıyıq. Xüsusilə də zabitlərimiz, əsgərlərimiz, silahlı qüvvələrimiz. Çünki biz müharibənin nə olduğunu bilirik. Biz müharibə istəmirik. Lakin, ordu məhz bunun üçün var: əgər kimsə gözlənilmədən bizimlə danışmaq qərarına gəlsə və bizə silahını nişan alaraq baxsa, biz cavab verəcəyik. Biz buna hazırlaşırıq” – o bildirib.
Lukaşenkonun sözlərinə əsasən, o, Belarus hərbçilərinin döyüşə hazır olmasını istəyir, çünki o zaman onlardan qorxacaqlar və heç kim Belarusa hücum etməyə cəsarət etməyəcək.
“Müasir müharibədə hər şey vacibdir: zabitlərin hazırlanması, təhsili, hərbi qulluqçular tərəfindən onlara etibar edilmiş silahlara sahib olmaq, şəxsi heyətin fiziki hazırlığı, silahın və hərbi texnikanın vəziyyəti. Bu, döyüşdə sağ qalmağın və qələbənin əsasını təşkil edir. Ölkə, dinc və mehriban xalqımız qarşısında məsuliyyət çox böyükdür. Bu, hər birinizin üzərinə düşür” – Lukaşenko qeyd edib.