Aleksandr Lukaşenko, Şimali Koreyalı hərbçilərin Ukraynada davam edən müharibədə iştirakının münaqişənin eskalasiyasına səbəb olacağını bildirir
Belarusun Prezidenti Aleksandr Lukaşenko, Şimali Koreyalı hərbçilərin Ukraynada davam edən müharibədə iştirakının münaqişənin eskalasiyasına səbəb olacağını bildirir. O, bu haqda “BBC”yə müsahibəsində danışıb.
“Mən onun (Putinin) xarakterini bilirəm və o, heç vaxt başqa ölkəni öz hərbçilərini Rusiyanın Ukraynaya qarşı davam edən xüsusi əməliyyatına cəlb etməyə inandırmağa çalışmayacaq” – Lukaşenko qeyd edib.
Jurnalistin Şimali Koreyalı hərbçilərin müharibədə iştirakı faktı təsdiqlənərsə, bu nə deməkdir sualına, Lukaşenko cavab verib ki, bu, müharibənin eskalasiyasına səbəb olacaq.
“Hər hansı bir ölkənin, hətta Belarusun hərbçiləri təmas xəttində olarsa, bu, münaqişənin eskalasiyası istiqamətində bir addım olacaq. Müharibəyə qatılsaq belə, bu, eskalasiyaya aparan yol olardı. Niyə?Çünki siz anqlo-saksonlar dərhal deyərdiniz ki, başqa ölkə qatılıb və NATO-nun qoşunları Ukraynada yerləşdiriləcək” – Lukaşenko bildirib.
Vladimir Putinin ondan nə vaxtsa Belarusun qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərməyi xahiş edib-etmədiyi sualına, Lukaşenko cavab verdi: heç vaxt.
“Nə o, nə sabiq müdafiə naziri Serqey Şoyqu, nə də indiki müdafiə naziri Andrei Belousov heç vaxt bu məsələni qaldırmayıb” – Lukaşenko suala cavabında qeyd edib.