Aleksandr Lukaşenko Mixeil Ğavelaşvilini 26 May münasibətilə təbrik edir - "Minsk və Tbilisi arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini və dərinləşdirilməsini səbirsizliklə gözləyirəm"
Aleksandr Lukaşenko Mixeil Ğavelaşvilini 26 May münasibətilə təbrik edir - "Minsk və Tbilisi arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini və dərinləşdirilməsini səbirsizliklə gözləyirəm"

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir, Gürcüstan Prezidentinə cansağlığı, optimist əhval-ruhiyyə və uğurlar, gürcü xalqına isə sülh, rifah və təminatlı gələcək arzulayır.

“Əziz Mixeil, Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi xahiş edirəm qəbul edin – bu bayram simvolik olaraq gürcü xalqının mətinliyini, birliyini və sarsılmaz ruhunu təcəssüm etdirir. Əminəm ki, Gürcüstan dayanıqlı inkişaf yolunda irəliləməyə davam edəcək, öz dövlət institutlarını daha da gücləndirəcək və vətəndaşlarının rifahını yaxşılaşdıracaq. Bu səy ölkənin gələcək tərəqqisinə kömək edəcək və onun beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirəcək.

Xalqlarımızın rifahı naminə Minsk və Tbilisi arasında ticarət, iqtisadiyyat, humanitar və mədəniyyət sahələri də daxil olmaqla hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini və dərinləşdirilməsini səbirsizliklə gözləyirəm. Əziz Mixeil, Sizə səmimi qəlbdən cansağlığı, optimist əhval-ruhiyyə və uğurlar, gürcü xalqına isə sülh, rifah və təminatlı gələcək arzulayırıam” – təbrik məktubunda qeyd olunub.