Aleksandr Lukaşenko - Litvanın planı, Kalinqradı təcrid etsin, müharibə elan etməyə bənzəyir
Rusiya prezidenti Vladimir Putin Belarusa ballistik və qanadlı raketlərdən istifadə edə bilən raket sistemlərinin, o cümlədən nüvə versiyasının təhvil verilməsinə söz verdi. Bu barədə Rusiya prezidenti Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşü zamanı bəyan etdi.
“Yaxın aylarda biz “İskander-M” raket-taktiki sistemlərini Belarusa təhvil verəcəyik, bildiyiniz kimi, bu sistemlərdən həm ballistik, həm qanadlı raketlər, həm də adi və nüvə raketləri üçün istifadə olunur”, – Putin bəyan etdi.
Lukaşenko öz növbəsində bəyan etdi ki, Minsk Brestdən Vladivostoka qədər ərazini qorumaq üçün hər şeyə, o cümlədən ciddi silahlardan istifadəyə hazır olmalıdır.
Aleksandr Lukaşenko onu da qeyd etdi ki, Litvanın Kalininqrad vilayətini blokadaya salmaq qərarı müharibə elan etməyə bərabərdir.
“Litvaya gəldikdə. Son vaxtlar onların Kalininqradı təcrid etmək üçün Rusiyadan Belarus üzərindən Kalininqrada tranzitini dayandırmaq planı ilə bağlı məlumat axını artır. Bu artıq nəsə müharibənin elen edilməsinə bənzəyir, bu qəbuledilməzdir”, – Lukaenko bəyan etdi.