Aleksandr Lukaşenko ilə “Donetsk Xalq Respublikasının” liderinin görüşü ilə əlaqədar, Kiyev Belarusdan səfirini məsləhətləşmələr üçün çağırdı
Kiyev Belarusdan səfirini məsləhətləşmələr üçün çağırdı.
Ukrayna hakimiyyəti Ukraynanın Belarusdakı səfiri İqor Kizimi geri çağırmaq qərarına Belarus lideri, Aleksandr Lukaşenkonun Minskdə qonardma “Donetsk Xalq Respublikasının” rəhbəri, Denis Puşilni ilə görüşündən və ona yardım edəcəyinə söz verdikdən sonra gəldi.
Ukrayna Xarici İşlər Nazirliyi Lukaşenko ilə Puşilinin görüşünü Minskin Donetskin işğal administrasiyasını qanuniləşdirmək cəhdi adlandırır.
Kiyevdə bəyan edirlər ki, Denis Puşilin ağır cinayətlərdə şübhəli bilinir və ona qarşı beynəlxalq sanksiyalar var.
Kiyev Minski “destruktiv addımlardan çəkinməyə və Rusiyanın təcavüzkar müharibəsinə dəstəyi dayandırmağa” çağırır.
Belarus lideri Rusiya tərəfindən işöal olunmuş Donetsk vilayətinin qondarma başçısını 18 apreldə Minskdə qəbul etdi.