Aleksandr Lukaşenko Belarusda orta mənzilli Rusiya raket kompleksi “Oreşnik”in yerləşdirildiyini bildirib
Aleksandr Lukaşenko Belarusda orta mənzilli Rusiya raket kompleksi “Oreşnik”in yerləşdirildiyini bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus ərazisində orta mənzilli Rusiya raket kompleksi “Oreşnik”in yerləşdirildiyini bəyan edib. O, bu barədə parlamentə müraciəti zamanı açıqlama verib.

“Bizim hərbi əməkdaşlığımız, ilk növbədə Rusiya Federasiyası ilə, strateji müdafiəni də təmin edir. Buna görə də Belarus və Rusiya strateji çəkindirmə tədbirlərinin birgə kompleksini həyata keçirir. Bu, regional qüvvələr qrupunun Rusiya komponentinin ərazimizdə yerləşdirilməsini də əhatə edir – münaqişə kəskinləşərsə, Qərbi Rusiyada yerləşən on minlərlə hərbçidən ibarət silahlı qüvvələr dərhal hərbi əməliyyatlara ikinci eşelon kimi qoşulacaq. Belarus birinci olacaq, biz cavab verməliyik və bundan sonra Rusiya Federasiyası bizə dəstək göstərəcək. Regional qüvvələr qrupunu məhz bu təşkil edir – eləcə də Belarusda yenidən yerləşdirdiyimiz taktiki nüvə silahı. Bundan əlavə, ilk mövqelər ‘Oreşnik’ raket sistemi ilə təchiz edilib. O, dünəndən bəri bizdədir və döyüş növbətçiliyinə başlayır”, – deyə Lukaşenko bildirib.