Aleksandr Lukaşenko baş naziri təyin etdi və hökumətin tərkibini təsdiq etdi
Aleksandr Lukaşenko baş naziri təyin etdi və hökumətin tərkibini təsdiq etdi

Belarus prezidenti, Aleksandr Lukaşenko baş naziri təyin etdi və hökumətin tərkibini təsdiq etdi.

“Belta” agentliyinin məlumatına görə, Lukaşenko baş nazir vəzifəsinə yenə Roman Qolovçenkonu təyin etdi.

Yeni hökumətdə vəzifələrində Daxili İşlər naziri, Səhiyyə naziri və İnformasiya Nazirliyi rəhbəri qalırlar.