Aleksandr Lukaşenko - aksiyanın təşkilatçıları kriminal keçmişi olan, işsiz insanlardır
Aleksandr Lukaşenko - aksiyanın təşkilatçıları kriminal keçmişi olan, işsiz insanlardır

Aksiyanın təşkilatçıları kriminal keçmişi olan, işsiz insanlardır, – bu barədə Belarus prezidenti, Aleksandr Lukaşenko təhlükəsizlik məsələsi barəsində keçirilən iclasda bəyan etdi.

“Aksiyanın təşkilatçıları kriminal keçmişi olan insanlardılar və onlar bu gün işsizdilər. Məhz elə buna görə, tələb edirəm ki, hamı işləməyə başlasın”, – Lukaşenko bəyan etdi.

Onun dediyinə görə, işləri olmayan insanlara iş yerləri təklif edilməlidir.