Aleksandr Lukaşenko ABŞ-nin sanksiyaları ləğv etməsi müqabilində 15 məhbusu əfv edib

20:50, 24.09.2026

 

Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhbusu əfv edib. Bu barədə məlumatı “Reuters” nəşri dövlət mediası “Belta”ya istinadən yayır.

Media qeyd edir ki, ABŞ Lukaşenko ilə yüzlərlə məhbusun azad edilməsi barədə bir ildən çoxdur ki, danışıqlar aparır. Onların arasında müxalif siyasətçilər, jurnalistlər və fəallar var. Bu addıma isə ABŞ tərəfindən sanksiyaların ləğv edilməsi müqabilində razılıq verilib.

Məlumat üçün bildirək ki, keçən həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul Belarusun paytaxtı Minskdə prezident Aleksandr Lukaşenko ilə görüşüb.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin sentyabr ayında Belarus mediası ABŞ-nin iki Belarus şirkətinə tətbiq edilən sanksiyanı ləğv etdiyi barədə məlumat yaymışdı.

Oxşar