Aleksander Kvaşnevski – Gürcüstan Prezidentinin narkotik siyasəti probleminə məlumatlı yanaşması bizə dərin təəssürat bağışlayıb

22:39, 28.10.2026

 

Polşanın sabiq prezidenti, Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiyanın Narkotik Siyasəti Komissiyasının (ECECACD) sədri Aleksander Kvaşnevski Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə görüşün maraqlı olduğunu və görüşdə xüsusi diqqətin narkotik siyasəti sahəsində səmərəli və balanslaşdırılmış yanaşmaların işlənib hazırlanmasına ayrıldığını bildirib.

“Gürcüstan Prezidentinin narkotik siyasəti probleminə məlumatlı yanaşması və biliyi bizə dərin təəssürat bağışlayıb. Biz səmərəli olacaq balanslaşdırılmış siyasəti necə tapmaq barədə danışdıq” — Aleksander Kvaşnevski açıqlayıb.

O, bildirib ki, komissiyanın məqsədi narkotik alveri və istehsalı ilə mübarizə aparmaqla yanaşı, narkotik vasitələrdən istifadə edən insanlara yardım etmək, xüsusilə də gənclərə dəstək olmaqdır.

Kvaşnevski, komissiyanın dünyanın müxtəlif ölkələrində topladığı mühüm təcrübəsinin olduğunu, bu təcrübənin bölüşülməsinin narkotik siyasəti sahəsində effektiv yanaşmaların formalaşdırılmasına töhfə verəcəyini bildirib.

O, həmçinin qeyd edib ki, görüş zamanı Gürcüstan Prezidenti sağlam gənc nəslin tərbiyəsi prosesində ailə bağlarının və təhsilin əhəmiyyətinə diqqət yönəldib. Kvaşnevskinin qiymətləndirməsinə əsasən, bu, məsələyə mühüm və işgüzar yanaşmadır.

Aleksander Kvaşnevski və Mixeil Ğavelaşvili arasında görüş bu gün Prezident Sarayında geniş tərkibdə keçirilib.

Məlumatı Gürcüstan Prezidentinin mətbuat xidməti yayır.

Oxşar