Aleksandar Vuçiç – Qərbin məqsədi Serbiyada idarə olunması asan olan marionet rejimini hakimiyyətə gətirməkdir, azad və müstəqil Serbiya Avropada populyar deyil
Qərbin məqsədi Serbiyada idarə olunması asan olan marionet rejimini hakimiyyətə gətirməkdir, azad və müstəqil Serbiya Avropada populyar deyil,-bu barədə Serbiyanın prezidenti Aleksandr Vuçiç bildirib.
Serbiya prezidentinin sözlərinə əsasən, Qərb Serbiyanın Kosovonu tanımasını və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini gözləyir. Aleksandr Vuçiçin sözlərinə görə, Serbiyaya yönəlik Rusiya Federasiyasına sanksiya tətbiq etmək və Çin əleyhinə mövqe tutmaq üçün təzyiqlər artır.
“Məhz bu səbəbdən qurumlar, qeyri-hökumət təşkilatları və agentliklər, media vasitəsilə məqsədi Serbiyaya yönəlik rəhbərliyi kriminallaşdırmaq, Serbiyanı insanlıqdan çıxarmaq və şeytanlaşdırmaq olan təzyiqlər artır”, – Aleksandr Vuçiç bildirib.