Aleko Elişvili – Heç bir təsəvvürüm yoxdur, burada Nepal ssenarisi olacaq, yoxsa Zimbabveninki, “Lelo”nun öz yolu, baxışı və strategiyası var
Aleko Elişvili – Heç bir təsəvvürüm yoxdur, burada Nepal ssenarisi olacaq, yoxsa Zimbabveninki, “Lelo”nun öz yolu, baxışı və strategiyası var

“Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri Aleko Elişvili bildirib ki, Paata Burçuladze ilə bir neçə aydır əlaqəsi yoxdur və buna görə də “burada Nepal ssenarisi olacaq, yoxsa Zimbabveninki – heç bir təsəvvürü yoxdur.”

Onun sözlərinə görə, “Lelo”nun öz yolu, baxışı və strategiyası var.

“Mən Paata Burçuladze deyiləm və onun verdiyi vurğular barədə heç nə deyə bilmərəm. Bilirsiniz ki, biz seçki prosesində iştirak edirik. Bizim öz yolumuz var, öz baxışımız var, öz strategiyamız var. Elə insanlar var ki, bütün bunlara başqa cür baxırlar. Mən bilmirəm onların sözlərinin arxasında nə dayanır, konkret hansı planları var, hansı addımları atmağı nəzərdə tuturlar – heç bir təsəvvürüm yoxdur. Çox uzun müddət əvvəl cənab Paata Burçuladze ilə görüşmüşəm, bir neçə aydır onunla əlaqəm yoxdur. Ona görə də bilmirəm, doğrudan da bilmirəm. Nepal ssenarisi olacaq, ya Zimbabveninki – onu da bilmirəm. Heç bir təsəvvürüm yoxdur, hansı ssenari olacaq,” – deyə Aleko Elişvili qeyd edib.