Aleko Elisaşvili – ən önəmli problem koronavirusdur, çaşbaşam ki, bu gün müxalifət Parlamentə daxil olmadı

17:46, 28.04.2021

Çaşbaşam ki, bu gün müxalifət Parlamentə daxil olmadı. Ölkədə olan ən önəmli problem koronavirusdur, vaksinasiyadır. İnana bilmirəm ki, mənim arxamda dünən Parlamentə daxil olan müxalifətçilər əyləşməmişdilər, – bu barədə müxalifətçi deputat, Aleko Elisaşvili bəyan etdi.

“Bizi xalqın problemləri narahat edir. Dünən portal partladı vaksinaya görə, bu qədər tələb var və vaksin yoxdur. Bu müxalifəti necə maraqlandırmır?”, – Elisaşvili bəyan etdi.

Amnistiya qanunlayihəsinə gəldikdə, Elisaşvili deyir ki, əsas prinsipdir ki, amnistiya ağır maddələrə aid olmasın.

“Amnistiyaya şərin atılması inanılmazdır, razılaşdıq ki? – insanlara xəsarət yetirənlərə aid olmalıdır, bu əsas prinsipdir, bundan o tərəfə niyə nələrisə axtarırıq, başa düşmürəm. Dünən görüşdə iki saat otururdum və anlaya bilmədim, müxalifət və “Gürcü Arzusu” versiyası arasında fərq nədədir”, – Elisaşvili qeyd etdi.

Paralementdə nazir saatı çərçivəsində Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzeni bir neçə saatdır dinləyirlər.

Oxşar