Aleko Elisaşvili - böyük ehtimalla, MSK sədri vəzifəsinə altı aylıq seçilən sədri görəcəyik
MSK sədri yüksək nüfuzu olan insan olmalıdır. Ola bilsin bu insanlar peşəkar və etibarlı xalqdır, lakin onları tanımırıq, – bu barədə müxalifətçi deputat, Aleko Elisaşvili Gürcüstanın Birinci Kanalına bəyan etdi və “Vətəndaşlar” partiyasının MSK sədrliyinə namizədləri dəstəkləmədiyi səbəblərini açıqladı.
Elə onun dediyinə görə, namizədlərin təyin olunması altı aylığına olacaq.
“Gürcü Arzusunun” favoritlərini dəstəkləməyəcəyik. Çünki 19 apreldə imzaladığımız razılaşmaya qarşı çıxır. MSK sədri yüksək nüfuzu olan insan olmalıdır. Ola bilsin bu insanlar peşəkar və etibarlı xalqdır, lakin onları tanımırıq. Ola bilsin öz dairəsində nüfuzu var, lakin onları tanımırıq, elə insanlar olmalıydılar ki, ictimaiyyətdə nüfuzları var. Böyük ehtimalla, MSK sədri vəzifəsinə altı aylıq seçilən sədri görəcəyik. Bu pisdir, lakin burada müsbər oldur ki, MSK-nın personal olaraq kimin olaması əhəmiyyətli deyil, çünki onun səlahiyyəti islahat nəticəsində azaldılıb”, – Aleko Elisaşvili bəyan etdi.
MSK sədrliyi və üzvülüyünə namizədlərinə bu gün ikinci dəfə səsə qoyuldu, lakin namizədlər Parlamentdə lazım olan dəstəyi yenı qazana bilmədilər.