Aleko Elisaşvili - Bilirəm ki, Levan Xabeişvili bunları məğlub etmək istəyir, biz də istəyirik, sadəcə olaraq, biz prosesə başqa cür baxırıq, başqa strategiyamız var və yollarımız da burada ayrılır
Aleko Elisaşvili - Bilirəm ki, Levan Xabeişvili bunları məğlub etmək istəyir, biz də istəyirik, sadəcə olaraq, biz prosesə başqa cür baxırıq, başqa strategiyamız var və yollarımız da burada ayrılır

 

Bilirəm ki, Levan Xabeişvili bunları məğlub etmək istəyir, biz də istəyirik, sadəcə olaraq, biz prosesə başqa cür baxırıq, başqa strategiyamız var və yollarımız da burada ayrılır – bu barədə “Güclü Gürcüstan”ın liderlərindən biri Aleko Elisaşvili bildirib.

Elisaşvilinin qeyd etdiyi kimi, Levan Xabeişviliyə böyük hörmət bəsləyir.

“Levana çox böyük hörmət bəsləyirəm. O, çox qoçaq, ürəkli və çalışqan oğlandır. Bilirəm və şübhəm də yoxdur ki, Levan Xabeişvili bunları, bu hakimiyyəti məğlub etmək istəyir. Sadəcə olaraq, biz də eyni şeyi -məğlub etmək və onları hakimiyyətdən uzaqlaşdırmaq istəyirik, lakin bu prosesə tamamilə başqa cür baxırıq və başqa strategiyamız var, Levanın və digərlərinin – başqa strategiyası var, yollarımız da məhz burada ayrılır. Bizə öz yolumuzda uğurlar olsun, Levana isə – öz yolunda” – Elisaşvili bildirib.

Jurnalistin sülh yolu ilə inqilab etməyin onun qismətində olub-olmaması ilə bağlı sualına Elisaşvili cavab verib ki, bu, oktyabrın 4-də görünəcək.

“Pasxa və sabah, biz oktyabrın 4-də öyrənəcəyik” – Elisaşvili qeyd edib.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə yazıb: “Əgər siyasətçi qeyri-legitim hakimiyyətin “seçkiləri”ndə iştirakdan imtina edirsə, o zaman ikinci yol sülh yolu ilə devrilmədir, heç bir üçüncü yol yoxdur”.