Aleko Elisaşvili – beynəlxalq təşkilatların dəyərləndirməsinə görə, MSK seçki günü effektli işlədi, biz Giorgi Kalandarişvilini quruluşuna, və ya nəslinə görəmi bəyənməyəcəyik
Müxalifətçi deputat Aleko Elisaşvili bəyan edir ki, “Vətəndaşların” MSK sədri vəzifəsinə Giorgi Kalandarişvilinin namizədliyini niyə dəstəkləməmələri ilə bağlı heç bir arqument yoxudur.
Elisaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, Kalandarişvilinin dəstəklənməsi barəsində partiya mövqeyini hələlik formalaşdırmayıb.
“Arqeument ki, Giorgi Kalandarişvilinin namizədliyini niyə dəstəkləməməliyik – yoxumuzdur. Beynəlxalq təşkilatların məlumatına görə, seçki günü MSK mütəşəkkil və səmərəli işləyirdi. Müvafiq olaraq, Giorgi Kalandarişvilini quruluşuna, və ya nəslinə görəmi bəyənməyəcəyik? Arqeument ki, Giorgi Kalandarişvilinin namizədliyini niyə dəstəkləməməliyik – yoxumuzdur. Halbuki, dəstəkləyəcəyik ya yox, qərar verməmişik”, – Elisaşvili bəyan etdi.
Məlumat üçün, Prezident Administrasiyasında Mərkəzi Seçki Komissiyası sədrliyinə namizədlərlə müsahibə aparılır. Namizədlərin açıq müsabiqəsində qarşıdakı namizədlər iştirak edirlər: Tamaz Poladaşvili, Tengiz Tevzadze, Giorgi Şaişmelaşvili və Giorgi Kalandarişvili.