Aleko Elisaşvili bəyan edir ki, "Vətəndaşlar" Badri Caparidzenin deputat səlahiyyətinin dayandırılmasını dəstəkləməyəcək
Aleko Elisaşvili bəyan edir ki, "Vətəndaşlar" Badri Caparidzenin deputat səlahiyyətinin dayandırılmasını dəstəkləməyəcək

“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili hesab edir ki, Badri Caparidzenin deputat səlahiyyətlərini dayandırılmamalıdır. Elisaşvilinin jurnalistlərə bəyan etdiyi kimi, “Gürcü Arzusu” bu məsələni gündəmə gətirməməlidir.

“Bu məsələ irəli sürülsə, aydırdır ki, bu siyasi revanşdır. Elə ilk gündən bəlli idi ki, işimiz bu durumladır. Biz, necə Nika Meliya təqdirində, Badri Caparidzenin təqdirində də deputat səlahiyyətlərinin dayandırılmasına qarşı çıxacağıq. Yalnız Mamuka Xazaradze və Zurab Caparidzenin deputat səlahiyyətlərinin dayandırılmasını dəstəklədik, çünki, bunu onların özləri tələb edirdilər. Əgər insan istəmirsə ki, Parlamentin üzvü olsun, zorla bağlamayacaqsan ki? Xazaradzeyə qarşı mənim münasibətim başqadır, lakin ilk gündən bəlli idi ki, bu siyasi revanş idi və dünənki qərar bunun sübutudur. Biz dünən bir daha gördük, siyasi məhkəmə ne cürdür”, – Elisaşvili bəyan etdi.

“Lelo” fraksiyasının sədri, Badri Caparidzenin deputat səlahiyyətlərinin dayandırılmasıməsələsi üzrə Parlament yaz sessiyasında müzakirə aparacaq. Buna əsas konstitusiyanın 39-cu maddəsində yazı olacaq. Burada qeyd olunub ki, Parlamentin üzvünün səlahiyyətləri vaxtından əvvəl dayandırılacaq, əgər o, qanuni qüvvəyə Məhkəmə hökmü ilə müqəssir hesab edilibsə.