Aleko Elisaşvili bəyan edir ki, müxalifət MSK və DİN nümayəndələri ilə görüşməyə hazırdır
Biz sizə dinc çıxışı təklif edirik, kimsə, məsuliyyətli olan şəxs kim də orada varsa, çıxsın, Tamar Jvaniya gəlsin və DİN-dən indi kim varsa, gəlsin danışaq, – bu barədə aksiyanın iştirakçılarından biri, Aleko Elisaşvili Mərkəzi Seçki Komissiyası qarşısında keçirilən aksiyada bəyan etdi.
Aleko Elisaşvili MSK və DİN nümayəndələrinə müraciət etdi ki, müxalifət dinc danışıqlar üçün görüşməyə hazırdır.
“Bu vəziyyətin sülh yolu ilə həllini təklif edirəm. Bir neçə insan daxil olacağıq, bir neçə insan siz tərəfdən çıxsın və ortada danışaq. Biz sizə dinc çıxışı təklif edirik, kimsə, məsuliyyətli olan şəxs kim də orada varsa, çıxsın, Tamar Jvaniya gəlsin və DİN-dən indi kim varsa, gəlsin danışaq. Bu tərəfdə də insanlar durur və siz də insansınız, siz də gürcülərsiniz və biz də. Vəziyyəti gərginləşdirməyin. Gəlin danışaq, dəhliz yaradın. Söz verirəm, bu dəhlizdən üçdən artıq insan keçməyəcək”, – Aleko Elisaşvili bəyan etdi.