Aleko Elisaşvili Ali Babayevi təqib etmək ittihamı ilə saxlanılıb və bu, üç ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur

10:43, 05.12.2024

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri – Aleksandre Elisaşvilini saxlayıblar.

Qurumun məlumatına əsasən, o, Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” yarımbəndində nəzərdə tutulmuş cinayətdə ittiham olunur, bu da zorakılığa baş vurmaqla törədilmiş təqibi nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, cari ilin dekabrın 2-də Tbilisidə Kostava küçəsində yerləşən apteklərdən birinin yaxınlığında Aleksandre Elisaşvili “Gürcü Arzusu” siyasi partiyasının üzvü 1954-cü il təvəllüdlü A.B.-ya hücum edib və partiya baxışına görə ona qarşı fiziki təhqir törədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri nəticəsində Aleksandre Elisaşvilini təqsirləndirilən şəxs qismində saxlayıblar.

Baş vermiş fakt ilə əlaqədar Cinayət Məcəlləsinin 156-cı maddəsinin ikinci hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır. Cinayət üç ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – bəyanatda qeyd olunub.

Oxşar