"ALDE" - Avropalı liberallar Gürcüstanda azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə aparanların hamısı ilə qəti həmrəyliyini ifadə edirlər
“Gürcü Arzusu”nun idarəçiliyi altında Gürcüstan tam avtokratiyaya doğru irəliləyir, dünya səssiz qalmamalıdır – bu haqda “Liberallar və Demokratlar Alyansı Avropa Naminə” (ALDE) partiyasının bəyanatında deyilir.
“ALDE” Gürcüstanın Prokurorluğunun Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanıldığına dair bəyanatına münasibət bildirir.
“ALDE”nin bəyanatında qeyd edildiyi kimi, Gürcüstanda müxalifətin səsləri susdurulub.
“Müxalifətin səslərini susdurdular. Demokratik liderlər “dövlətə qarşı cinayətlər”ə görə cinayət təqibindən əziyyət çəkirlər. “Gürcü Arzusu”nun idarəçiliyi altında Gürcüstan tam avtokratiyaya doğru irəliləyir və dünya səssiz qalmamalıdır. Demokratiya tammiqyaslı hücum altındadır. Avropalı liberallar Gürcüstanda azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə aparanların hamısı ilə qəti həmrəyliyini ifadə edirlər” – “ALDE” tərəfindən sosial şəbəkədə dərc olunmuş bəyanatda deyilir.