Albaniyanın paytaxtında tələbələr aksiya keçirirlər, polis qarşıdurma zamanı aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib

21:08, 13.10.2026

 

Albaniyanın paytaxtı Tiranada tələbələr aksiya keçirirlər. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Bir neçə etirazçı saxlanılıb. Məlumatı “Reuters” yayır.

Tələbələr, etirazın universitetlərdəki şərait və ali təhsil xərcləri ilə bağlı olduğunu deyirlər. Tələbələr maliyyə dəstəyi və təhsili bitirdikdən sonra işlə təmin olunmaq imkanı tələb edirlər.

Aksiya iştirakçıları Albaniyanın Təhsil Nazirliyinin binasına tərəf kərpic və beton bloklar atırdılar.

“Albaniyaya lazım olan şey inqilabdır, dəyişiklikdir, sistemin tamamilə devrilməsidir, çünki belə davam edə bilməz” – aksiyanın iştirakçılarından biri bildirib.

Aksiyaya Albaniyanın vitse-baş naziri münasibət bildirib. Onun sözlərinə əsasən, zorakılıq çıxış yolu olmayıb, deyil və heç vaxt da olmayacaq.

Oxşar