Albaniyanın paytaxtı Tiranada İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib
Albaniyanın paytaxtı Tiranada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib.
İlham Əliyev və Nikol Paşinyan Avropa Siyasi Birliyinin altıncı zirvə toplantısında iştirak edirlər.
Azərbaycan mediasına əsasən, tərəflər iki ölkə arasında münasibətlər, sülh müqaviləsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. İki ölkənin liderləri arasında ayrıca görüşdən sonra onlara iki ölkənin xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramov qoşulublar.